Yeniliklər

Alma ilə oladi hazır etmisiniz?

Alma ilə oladi hazır etmisiniz? Etməmisinizə mütləq sınayın, çox dadlı alınır. Necə bişirəcəyinizi isə bizimlə öyrənin!

Tərkib:

– 1 stəkan qatıq

– 1,5 stəkan (1 stəkan + yarım stəkan) un1 çimdik duz

– yarım ç.q. darçın

– yarım ç.q. soda

– 1 orta ölçüdə alma

– 4 x.q. şəkər tozu

Hazırlanması:

1. Qatığı şəkər tozu ilə çalın, soda əlavə edin, qarışdırın.

2. Hissə-hissə ələnmiş un əlavə edin, mikserlə yaxşı qarışdırın.

3. Almanı soyun, kiçik tikələrə doğrayın (sürtgəcdən keçirmək olmaz), xəmirə əlavə edin.

4. Darçın əlavə edin, xəmiri yaxşı qarışdırın.

5. Tavanı yaxşı qızdırın, bitki yağı tökün, qızdırın, xəmirdən qaşıqla götürüb tavaya qoyun, oladiləri hər iki tərəfdən qızardın.

Nuş olsun!

Lazımi ərzaqları Kingsmartdan əldə edin, hazırlayın və nuş edin!

Sosial Şəbəkələrdə Paylaşın