Yeniliklər

Min bir dərdin dərmanı

Tərəvəzlər silsiləsində ən geniş yayılanı yerköküdür. Ona “min bir dərdin dərmanı” adını əbəs yerə verməyiblər. Ölkəmizin hər yerində bitən yerkökünün tərkibi A vitamini ilə zəngindir. Ondan təzə və çiy halda geniş istifadə olunur. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin güclənməsinə, sümüklərin və dişlərin möhkəmlənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Yerkökü bağırsaq iltihabını, böyrək ağrılarını, qəbizliyi aradan qaldırmağa, bağırsaq qurdlarını salmağa, ishalı kəsməyə, bağırsaqları işlədərək həzmi yaxşılaşdırmağa, qanda xolesterolun səviyyəsini salmağa kömək edir. Kingsmarta gəlin, yerkökü alın və #sağlamqalın

Sosial Şəbəkələrdə Paylaşın