Qarpızın sağlamlığa faydaları o qədər çoxdur ki, #səninüçünfaydalı rubrikamızda qarpıza da yer verməək istədik.
Hər insan qarpızı dahah çox sərinlik verməsi xüsusiyyətinə görə tanıyır.
Qarpızın bir boşqabı 50-60 kaloridir və şirin ehtiyacını təbii şəkildə qarşılayır.
Qarpızı hər kəs istehlak edə bilər. Qarpızın maye məzmunu yüksək olduğu üçün böyrək xəstələrinin diqqət yetirərək yemələri məsləhətdir. Qarpızın qəbulu miqdarı adamına görə dəyişir. İstehlakçının cinsiyyətinə, hərəkətinə, sağlamlıq vəziyyətinə, boy və kilosuna görə dəyişməlidir.
Şəkər xəstəliyindən əziyyət çəkən şəxslər də qarpız yeyə bilər, amma miqdara diqqət yetirməlidir. Çünki miqdar çox olsa qan şəkərini yüksəldər və arzuolunmaz vəziyyətə səbəb olar. Diabetli kəslər qarpız istehlak edəcəkləri zaman boşqaba diqqət yetirməli – 1 paydan, 1 boşqabdan çox istehlak etməməlidir.
Gəlin, qarpızın faydalarına nəzər yetirək.
* C vitamini və folik turşu yüksəkdir. C vitamini xəstəliklərə qarşı müdafiə rolunu oynayan ən yaxşı antioksidan vitaminlərdən biridir.
* Lif ehtiva etdiyi üçün bağırsaqları işlədir.
* Qırmızı meyvələrdə antosiyanin və likopen yüksəkdir və bunlar ürək xəstəlikləri, infarkt və bəzi xərçəng növlərinə (xüsusilə prostat) qarşı müdafiə xarakterinə malikdir.
* Su ehtiva etdiyi üçün gündəlik maye ehtiyacını qarşılayar.
*Qarpızın xəstəliklərə qarşı qoruyucu və immuniteti gücləndirici təsiri var.
*Qarpız əzələləri oksigenlə təmin edir, əzələ ağrılarını azaldır, idmandan sonra orqanizmin toparlanmasına kömək edir.
*Bədəndə su ehtiyatının azalmasının qarşısını alır, qarpızın 92 faizi sudan ibarətdir. Qarpızı həm yemək, həm də suyunu süzüb içmək olar. Hər iki halda orqanizmin maye ehtiyacını ödəyi bilir.